🔰 Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrinin bir hissəsində işğalçı sionist rejimin İranla bağlı düşmənçilik hərəkətləri qarşısında İranın qonşu ölkələrindən birinin yanaşmasını təhlil edərək deyib: 🔹 “İsrailin İrana hücumu region ölkələrinin əksəriyyəti tərəfindən pislənildi, çünki ilkin hücum idi. O mənada ki, əvvəlcə İsrail İran torpağında İsmayıl Həniyyəni terror etdi, sonra da İran qisas aldı. 🔹Ona görə də İsrailin hücumu tamamilə ilkin hücum sayılır və beynəlxalq hüquq tərəfindən pislənir. Bu arada İranın qonşularından biri İsraili pisləməkdən imtina etdi. Bu hərəkəti pisləməməyin xüsusi mənası və xüsusi mesajı var, əslində İsrailə yaşıl işıq yandırmaqdır ki, sən müsəlmanlara qarşı cinayətlərini davam etdir, mən də sənin xidmətindəyəm. 🔹Bu ölkənin ən çətin və böhranlı anlarında dəfələrlə kömək etmiş ən yaxın qonşuya qarşı düşmənçilik elan etmək, digər tərəfdən isə bu ölkədən min kilometr uzaqda olan qondarma rejimi dəstəkləmək İrana böyük xəbərdarlıqdır. 🔹Müsəlman qonşusunu atıb, əlli mindən çox müsəlmanı qətlə yetirən və dünyanın nifrətini qazanan, Məscidül-Əqsanı işğal edən, 75 il soyqırım törədən, bütün beynəlxalq hüquqları pozan qaniçən rejimə dəstək vermək İsrailin Qəzzə və Livandakı bütün cinayətlərində iştirak etmək deməkdir. 🆔 @seyyedameli_ir